Meksika və Kosta Rikanın nüfuzlu mətbuat orqanlarında Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar məqalələr dərc edilib

Meksika və Kosta Rikanın nüfuzlu mətbuat orqanlarında Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar məqalələr dərc edilib
Meksika və Kosta Rikada nəşr edilən nüfuzlu mətbuat orqanlarında Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar səfir İlqar Muxtarovun məqalələri dərc edilib. SİA-nın məlumatına görə, 2011-ci ilin fevral ayının 25-də Kosta Rikada dərc olunan "La Nación" qəzetində, fevral ayının 26-da isə Meksikada dərc edilən "Milenio" qəzetində "Xocalı: bir şəhərciyin sonuncu günü" adlı məqalə dərc edilib.
Məqalədə Xocalı faciəsinin təfərrüatları və erməni işğalçıları tərəfindən Xocalının dinc əhalisinə qarşı törədilmiş vəhşiliklər, Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrindən bəhs edilmiş, habelə beynəlxalq mətbuatın və İnsan Hüquqları institutlarının Xocalı qətliamı haqda yaydığı məlumatlara istinad edilib.
Həmçinin Xocalı soyqırımına görə məhsuliyət daşıyan şəxslərin cəzalandırılmayacağı təqdirdə, bu kimi oxşar soyqırımların gələcəkdə də baş verə bilməsi və bu səbəbdən də "bütün dünyada yaşayan Azərbaycan icmaları beynəlxalq ictimaiyyəti insanlığa qarşı ən dəhşətli cinayətlərdən biri olan Xocalı soyqırımına hüquqi qiymət verməyə çağırır" və Azərbaycanda qaçqın şəhərciklərində bir milyon qaçqın və məcburi köçkünlər arasında səpələnmiş Xocalı sakinlərinin Ermənistanı məhsuliyyətə cəlb etmək məqsədi ilə hər il beynəlxalq ictimaiyyətə müraciətlərin olunduğu bildirilib. Məqalələrin əsli (ispan dilində) aşağıdakı internet ünvanlarında yerləşdirilib:
Kosta Rikanın "La Nación" qəzetində dərc edilmiş məqalənin əsli:
http://www.nacion.com/2011-02-25/Opinion/Foro/Opinion2695182.aspx
Meksikanın "Milenio" qəzetində dərc edilmiş məqalənin əsli:
http://impreso.milenio.com/node/891825

Bütün xəbərlər Facebook səhifəmizdə