"Cəmiyyət zorakılıq hallarına biganə qalmamalıdır"

"Cəmiyyət zorakılıq hallarına biganə qalmamalıdır"

“Məişət zorakılığı ilə bağlı BMT-də bir sıra sənədlər var. Buna qarşı təkcə siyasilər deyil, hər kəs mübarizə aparmalıdırlar”. SİA-nın xəbərinə görə, bu fikirləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

Bu yaxınlarda cəmiyyətdə zəlzələ təsiri yaradan hadisənin baş verdiyini deyən deputat özlərini ana müxalifət adlandıran partiyanın üvünün ailəsində uzun illərdir ki, problem olduğunu aşkara çıxdı.

M. İbrahimqızı cəmiyyətin məsələyə reaksiya verməməsinə təəssüfünü bildirib: “Nə qədər ki, cəmiyyətdə bu cür hadisələrə biganəlik olacaq, belə hadisələr davam edəcək”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə