Milli Məclisin iclasında deputat Aytən Mustafayeva Binəqədi rayonunda, Avtovağzal metrostansiyası yaxınlığında qeydə alınan cinayəti pisləyib. SİA-nın xəbərinə görə, deputat bildirib ki, uşağın gözü önündə ərin arvadını qətlə yetirməsi qəddarlıqdır.
“Biz necə cəmiyyətdə yaşayırıq? Bir kişi tapılmadı ki, o kişiyə bir iki yumruq vursun, cinayətdən çəkindirsin!”,- deyə A.Mustafayeva əlavə edib.
Xanım deputat metroda yoxlamaların daha ciddi aparılmasına da münasibət bildirib: “Necə olur ki, şəxs metroya bıçaqla daxil olur?! Məgər metroda polislər yoxdur?! Onlar hara baxır?! Xahiş edirəm ki, bu məsələlərlə bağlı nəsə etməliyik. Belə olmaz”.
Xatırladaq ki, Bakıda ər arvadını qətlə yetirib. Binəqədi rayonunda, Avtovağzal metrostansiyası yaxınlığında Nicat Abdullayev küçədə həyat yoldaşı Leyla Abdullayevanı uşaqlarının gözü qarşısında bıçaqlayıb. L.Abdullayevaya 20 bıçaq zərbəsi vurulub. Qadın hadisə yerində həyatını itirib. Hadisəni törədən N.Abdullayev Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hadisə yerinə Binəqədi Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib. Hadisə zamanı istifadə edilən bıçaq maddi sübut kimi götürülüb. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB