Ölkənin ilk mobil operatoru “Bakcell”in jurnalistlər üçün təşkil etdiyi mobil telekommunikasiya sənayesində son həllər və yeniliklərlə bağlı iki günlük seminar keçirilmişdir. SİA-nın məlumatına görə, Şabran rayonunda təşkil edilən “Mobil telekommunikasiya sənayesində son həllər və yeniliklər” mövzusunda keçirilən seminarda 8 təlimçi şirkətin müxtəlif sahələri ilə bağlı yeniliklərdən danışıb.
İlk öncə Məhsulların İdarə edilməsi Departamentinin rəhbəri Cəlil Xəlilov çıxış edib. O, telekommunikasiya sahəsində “Big data”: Tətbiqlər və son tendensiyalar” barədə ətraflı məlumat verib.
Daha sonra çıxış edən problemlərinin araşdırılması və dəstək xidmətinin rəhbəri Oruc Sadıqov “Mobil şəbəkənin inkişafı” mövzusunda danışaraq bildirib ki, “Bakcell” daha yüksək sürətli mobil internet xidmətini təqdim etməklə yanaşı, müştəri məmnuniyyətini təmin etmək, əhatə dairəsini genişləndirmək və şəbəkə keyfiyyətini artırmaq istiqamətində işləri davam etdirir.
"Bakcell"in Müştəri xidmətləri və rəqəmsal kanalların idarə edilməsi departamentinin nümayəndəsi Elşən Soltanov müştəri xidmətləri ilə xidmət keyfiyyətinin göstəricisi ilə bağlı geniş məruzə ilə çıxış edib.
Seminarın növbəti günündə digər mütəxəsislər də məlumat veriblər ki,bu gün 2700-dən çox 4G texnologiyalı baza stansiyası sayəsində Bakcell şirkəti əhatə dairəsi və şəbəkə tutumu baxımından ölkədə ən böyük 4G şəbəkəsinə malikdir və Azərbaycanın bütün regionlarının mərkəz hissələrini (Naxçıvan Muxtar Respublikası və işğal olunmuş ərazilər istisna olmaqla) və ölkə əhalisinin 91%-ni əhatə edir. Azərbaycanda 4G xidmətinin ilk kommersiya istifadəsini istifadəçilərin ixtiyarına vermiş Bakcell, həmçinin Bakı metrosunda 4G şəbəkəsini quraşdıran ilk mobil operatordur. Qeyd olunub ki, 2019-cu ilin may ayından indiyə kimi - cəmi 4 ay ərzində Bakcell 1000-dən çox 4.5G texnologiya ilə təchiz olunmuş LTE baza stansiyası quraşdırıb. Bu cür unikal layihə Azərbaycanda və hətta bütün regionda ilk dəfə həyata keçirilir.
Təlim çərçivəsində jurnalistləri maraqlandıran bir sıra suallar cavablandırlıb. Bakcell şirkəti bu kimi təlimlərin bundan sonra da davam etdirəcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB