Millət vəkili Qarabağ əlilləri ilə görüşdü

Millət vəkili Qarabağ əlilləri ilə görüşdü

Bu gün Xəzər rayon İcra Hakimiyyətinin, YAP Xəzər və YAP Pirallahı rayon təşkilatlarının təşkilatçılığı ilə YAP Xəzər rayon təşkilatının qərargahında Xəzər və Pirallahı rayonlarından olan Qarabağ əliləri ilə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, görüşdə Xəzər Rayon İH-nin başçısı Elşən Salahov, Milli Məclisin deputatı Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, Xəzər İnkişaf Fondunun sədri Elmar Mədətov, Xəzər rayon İH-i başçısının müavini Vüqar Novruzov, Dövlət Sosial Müdafiyə Fondunun Xəzər rayon şöbəsinin müdiri Firdovsi Bədəlov, Xəzər rayon Vətən Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Səfa Əliyev iştirak ediblər.

Tədbirdə Xəzər rayon İH-nin başçısı Elşən Salahov, Milli Məclisin deputatı Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, Dövlət Sosial Müdafiyə Fondunun Xəzər rayon şöbəsinin müdiri Firdovsi Bədəlov, Xəzər rayon Vətən Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Səfa Əliyev çıxış ediblər.

Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və I vitse Prezident Mehriban xanım Əliyeva tərəfindən Qarabağ əlilərinə daima diqqət və qayğı göstərildiyini, cənab Prezidetin imzaladığı müvafiq Fərmanlarla Qarabağ əlilərinin sosial müdafiəsinin daha da gücləndirilməsi üçün tədbirlərin həyata keçirildiyini qeyd ediblər. Millət vəkili Rauf Əliyev həyata keçirilən tədbirlərin Xəzər və Pirallahı rayonlarında yaşayan Qarabağ əlillərinin sosial vəziyyətlərinin daha da yaxşıladırımasına təsirindən danışdı və bu tədbirlərin dövlət tərəfindən davamlı olaraq həyata keçiriləcəyini bildirib.

Tədbirdə iştirak edən Qarabağ əlilləri onları narahat edən bir neçə ümumi məsələlərin və bir-sıra şəxsi məsələlərin həll edilməsində köməklik göstərməyi xahiş ediblər. Rayon İH-nin başçısı Elşən Salahov və Millət vəkili Rauf Əliyev qaldırılan məsələlərin araşdırılacağını rayon səviyyəsində həll oluna biləcəklərinin həll olunacağı ilə bağlı tədbirlərin görüləcəyini və lazım olarsa əlaqədar dövlət qurumlarına müracət olunacağını bildiriblər.

Tədbirin sonunda Xəzər rayon Vətən Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri Birliyinə Xəzər rayon İH-i tərəfindən Notbook hədiyyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə