Türkiyənin aparıcı KİV-ləri İlham Əliyevin Soçi bəyanatına geniş yer verib
Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida” işarəsi bəyanatı qardaş Türkiyənin aparıcı KİV-ləri tərəfindən də geniş işıqlandırılıb. SİA xəbər verir ki, dövlətimizin başçısının bəyanatında səsləndirilən fikir və ifadələr türkdilli oxuculara geniş şəkildə çatdırılıb. Mövzu ilə bağlı www.ahaber.com.tr, www.takvim.com.tr, www.milliyet.com.tr və digər saytlarda geniş həcmli yazılar yayılıb. Xəbərlər oxuculara “Əliyevdən Ermənistana sərt cavab: Qarabağ Azərbaycandır və nida”, “Qarabağ tarixi Azərbaycan torpağıdır” kimi sərlövhələrlə təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB