"Bələdiyyə seçkiləri və gənclər arasında seçki fəallığı"

"Bələdiyyə seçkiləri və gənclər arasında seçki fəallığı"

Bu mövzuda YAP Samux rayon təşkilatında bələdiyyə seçkilərinə hazırlıqla bağlı tədbir keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatında qarşıdan gələn 2019-cu il bələdiyyə seçkiləri ilə əlaqədar "Bələdiyyə seçkiləri və gənclər arasında seçki fəallığı" adlı dəyirmi masa keçirildi. Tədbirdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov çıxış edərək, son illər gənclərin ölkənin ictimai-siyasi həyatında rolunun artdığını bildirdi. Qeyd etdi ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər bir siyasi kampaniya cəmiyyətin bütün təbəqələrini, xüsusilə, gəncləri maraqlandırır və diqqətində olur. Düşünürəm ki, qarşıdan gələn bələdiyyə seçkilərində də gənclər öz fəallıqlarını ortaya qoyacaqlar. YAP qüdrətli və güclü siyasi təşkilat olaraq, ölkəmizdə baş verən bütün ictimai-siyasi proseslərin önündə gedir, həmin hadisələrin əsas hərəkətverici qüvvəsi kimi çıxış edir, eyni zamanda, ölkədə keçirilən bütün seçki kampaniyalarında fəal iştirak edərək, qalib olur. Bir növ YAP ölkədə keçirilən seçki proseslərində qalib gəlmək vərdişinə malik olub. Sözsüz ki, bu da, yaxşı vərdişdir. YAP olaraq bizim də məqsədimiz bütün seçki proseslərində fəal olmaq və uğurlara imza atmaqdır.

Dəyirmi masa iştirakçılarından Şəmistan Yusifov-Sərkar kənd Bələdiyyəsinin sədri, Azər Əhmədov- "Yeni Samux" qəzetinin redaktoru və YAP Samux rayon təşkilatı gənclər birliyinin fəal üzvləri çıxış edərək, bələdiyyələrlə bağlı yerli və beynəlxalq qanunvericilik barədə məlumat verdilər, Azərbaycanda dövlət səviyyəsində gənclərə göstərilən qayğıdan danışdılar. Bildirildi ki, son illər gənclərin fərdi təşəbbüslərinin dəstəklənməsi istiqamətində görülən işlər gənc nəslin perspektivliyinə böyük inam yaradıb. YAP Samux rayon gənclər birliyinin üzvləri həmyaşıdlarını bələdiyyə seçkilərində fəal iştiraka səslədilər.

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə