"Müşfiq adına park dağıdılmayıb, yenidən qurulub" - MƏKTUB

"Müşfiq adına park dağıdılmayıb, yenidən qurulub" - MƏKTUB

Bu yaxınlarda Qaradağ rayonunun Müşfiqabad kəndindəki ölməz sənətkarımız, şair Mikayıl Müşfiqin adını daşıyan parkın dağıdıldığı, abidənin söküldüyü barədə sosial şəbəkələrdə məqalələr, münasibətlər dərc olunurdu. Hadisənin təfsilatından bixəbər insanlar isə müxtəlif səpgili münasibətlər bildiri, yerli hakimiyyəti bu məsələdə günahlandırırdılar. Sonrakı hadisələr də göstərdi ki, məsələ heç də sosial şəbəkələrdə yazılan kimi deyilmiş. Məsələ ilə bağlı redaksiyamıza adıçəkilən parkın yanındakı binaların sakinləri məktub ünvanlayıblar.

"Biz Qaradağ rayon Müşfiqabad qəsəbəsindəki Mikayıl Müşfiq adına parkın yanındakı 4q saylı binada yaşayan sakinlər adından sosial şəbəkələrdə, eləcə də bəzi xəbər saytlarında M.Müşfiqin qəsəbəmizdə yerləşən abidəsinin aşırılması ilə bağlı mənfi fikrilərlə münasibət bildirmək istəyirik. Bildiririk ki, uzun illərdir baxımsız qalan parkımızda , bu gün aparılan yenidənqurma işlərini qəsəbə sakinləri olaraq dəstəkləyirik. Bu parkın yeni müasir üslubda abadlaşdırılması həm övladlarımızın, həm də bizlərin istirahəti üçün əla fürsət olacaqdır. Biz bu qəsəbənin sakinləri olaraq hər zaman qəsəbəmizdə mövcud olan problemləri rayon rəhbərliyi qarşısında qaldırmışıq və müəyyən zaman çərçivəsində mərhələli qaydada hamısı həlli tapmışdır. Məhz bu parkında abadlaşdırılması da qəsəbəmizdə rayon İcra hakimiyyəti başçısının keçirdiyi səyyar görüşlərdə də qaldırmışıq, bir sözlə mövqeyimizi bildirmişik. Lakin indi mərhum şairimizin abidəsinin aşırılmasının bəzi insanlar tərəfindən sanki bu hadisənin təəssübkeşliyini çəkirmişlər kimi qınamaqlarının tərəfdarı deyilik və görəsən həmin insanlar nəyə görə bu parkın əvvəlki halını təmir olunsun deyə bu cürə qabartmırdılar indi abidənin sökülməsi bunları bu qədər incidir, həm də axı abidə yenilənib tamamilə götürülməyib. Əksinə, illərdir baxımsız qalan park yenilənib, köhnə üsulda düzəldilmiş abibəyə yeni nəfəs verilərək daha müasir forma almışdır. Buna görə də, biz abidənin dəyişdirilməsini dəstəkləyir və tezliklə bu parkın qəsəbə sakinlərimizin istifadəsinə verilməsini gözləyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə