Xocalı faciəsi ilə bağlı keçirilən inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bu gün Bakı şəhərində yerləşən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar "Müharibə uşaqların gözü ilə" mövzusunda keçirilən inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. SİA-nın xəbərinə görə tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Bakı Şəhər İcra Hakimiyyətinin müavini Fidumə Hüseynova, Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Rasim Mirzəyev, Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov və digərləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev bildirib ki, erməni millətçiləri bizim tarixi torpaqlarımızı ələ keçirərək dinc əhalini öz obalarından didərgin salıblar: "Ermənilər tərəfindən kütləvi şəkildə qadınlar, qocalar, uşaqlar qətlə yetiriblər. Xocalı faciəsinin bütün həqiqətlərini olduğu kimi gənc nəslə çatdırmaq istəyirik".
Tədbirdə söz alan Bakı Şəhər İcra Hakimiyyətinin müavini Fidumə Hüseynova vurğulayıb ki, bizim əsas məqsədimiz Xocalı faciəsi haqqında dünyaya həqiqətləri çatdırmaqdır: "Soyqırımda çoxlu sayda ailə körpəsiz, körpələr isə valideynsiz qalıb. 7 min əhalisi olan Xocalı şəhəri 1 gecədə talan edilib. Erməni təcavüzkarları şəhəri yandıraraq darmadağın ediblər".
F.Hüseynova əlavə edib ki, Xocalı soyqırımı erməni təcavüzkarları tərəfindən Azərbaycana qarşı hazırlanmış təxribatdır.
Daha sonra çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov qeyd edib ki, 10 minə yaxın elektron ünvanlara, xarici ölkələrin prezidentlərinə, politoloqlarına, kütləvi informasiya vasitələrinə, millət vəkillərinə Xocalı faciəsi ilə bağlı məlumat göndərilib: "Biz bir yerdə güclüyük. Biz Xocalını geri alaraq qələbə çalacağıq. O zaman rəssamlar bununla bağlı əsərlər yaradacaq, dastanlar yazılacaq".
Qeyd edək ki, sonda müsabiqə qalibləri mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə