BDU-da Xocalı Soyqırımının 19-cu ildönümünə həsr olunan tədbir keçirilib
Bu gün Bakı Dövlət Universitetində (BDU) əsrin faciəsi olan Xocalı Soyqırımının 19-cu ildönümünə həsr olunan tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov Xocalı soyqırımının Azərbaycan tarixində ən dəhşətli və faciəli səhifələrdən biri olduğunu söyləyib. Daha sonra o, tədbir iştirakçılarına Xocalı soyqırımının tarixi haqqında qısa məlumat verib: "1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal edib. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutulub. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova bürünüb. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk edib. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib, qətliamın qurbanı olub. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla - 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulub".
A.Məhərrəmov vurğulayıb ki, XX əsrin ən böyük faciələrindən biri olan Xocalı faciəsi təsadüfən baş vermiş bir hadisə olmayıb. Onun sözlərinə görə, bu faciə XX əsrin sonunda ermənilərin Azərbaycan ərazilərinə qarşı sırf ərazi iddialarının irəli sürülməsinin nəticəsi kimi, eyni zamanda, öz arzularına çatmaq üçün Dağlıq Qarabağda hərbi vasitələrə əl atması nəticəsində baş verib.
"Milli Məclis hər ilin 26 fevralında Xocalı faciəsi ilə əlaqədar olaraq bəyanat qəbul edir və bu bəyanat bütün beynəlxalq təşkilatlara, dünya parlamentlərinə göndərilir. Bundan başqa, parlamentin beynəlxalq təşkilatlarla, Avropa Şurası, ATƏT, Avropa Birliyi və digər nüfuzlu təşkilatlara bu məsələnin əsl mahiyyətinin çatdırılması üçün gördüyü işlər, vermiş olduğu qərarlar göz önündədir. Eyni zamanda, parlament üzvləri də təmsil olunduqları bütün beynəlxalq təşkilatlarda Xocalı soyqırımı ilə bağlı əsil faktların dünya ictimaiyyətinə çatdırılmasında əlindən gələni əsirgəmir. Ancaq təəssüflər olsun ki, soyqırımı müxtəlif ölkələrdə təbliğ olunsa da, buna hələ də dünya birliyi səviyyəsində lazımi hüquqi qiymət verilməyib. İnanırıq ki, möhtərəm Prezident İlham Əliyevin apardığı uğurlu daxili, xarici siyasət nəticədə ərazi bütövlüyümüzün təmin edilməsinə zəmin yaradacaq", - deyə o əlavə edib.
Tədbirin davamında BDU-nun Gənc istedadlar liseyinin şagirdləri "Xocalı-uşaqların gözü ilə", BDU-nun tələbələri "Xocalı-tarixçi, coğrafiyaçı, hüquqşünas, sosioloq, jurnalist və filoloq gözu ilə" və "Xocalı soyqırımı-BDU-da tədris olunan 14 dildə" kompozisiyaları səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB