Səməd Seyidov: “Artıq bu gün Xocalı faciəsi ilə bağlı dünya ölkələrində kifayət qədər məlumatlar var”

Səməd Seyidov: “Artıq bu gün Xocalı faciəsi ilə bağlı dünya ölkələrində kifayət qədər məlumatlar var”
Azərbaycanın mövqeyi, gücü, beynəlxalq səviyyədə olan rolu və gördüyü işlər sayəsində Xocalı faciəsini, azərbaycanlılara qarşı törədilən soyqırımı bütün dünyaya çatdırmaq istiqamətində böyük işlər görülüb. SİA-nın xəbərinə görə, bunu millət vəkili Səməd Seyidov deyib. O bildirib ki, artıq bu gün Xocalı ilə bağlı dünya ölkələrində kifayət qədər məlumatlar var.

"Ancaq bizim məqsədimiz yalnız məlumatları çatdırmaq deyil. Bizim əsas məqsədimiz Azərbaycan torpaqlarını işğaldan azad etmək, qaçqın və məcburi köçkünləri öz yurdlarına qaytarmaq, işğalçıların, bu cinayəti törədən insanların ədalət məhkəməyə çağıraraq onların gördüyü cinayətlərin bütün dünya qarşısında cəzasını almaqdır. Ona görə də bu gün həm Azərbaycanda, həm də bütün dünyada Xocalı ilə bağlı tədbirlər keçirilir. Bu bizim üçün çox vacib və əhəmiyyətli bir məsələdir. Çünki Xocalı Dağlıq Qarabağ müharibəsinin faciəvi səhifələrindən biridir", – deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə