Bir qaşıq suda şou yaratmaq cəhdi... - MƏQALƏ

Bir qaşıq suda şou yaratmaq cəhdi... - MƏQALƏ

Millət vəkili olanda Azərbaycandakı iqtidarı yerə göyə sığdıra bilməyən, dayanmadan ölkədəki davamlı inkişafdan danışan, millət vəkili seçilmədikdən, ona qarşı etimad göstərilmədikdən sonra sürətlə cinah dəyişdirib radikalların cərgəsində öz yerini rahatlayan milli şuranın sədri Cəmil Həsənli yenə aləmi vurub bir- birinə. Artıq tez tez canlı yayınlarında iştirak etdiyi Sevinc Osmanqızının yutube kanalında bir vaveyla qaldırıb ki, bəs, Ankarada keçirilən elmi konfransda onun iştirakına mane olmaq istəyiblər.

İlk başda mənim ağlıma gəldi ki, bəlkə ümumiyyətlə tədbir təxirə salınıb, nəsə qeyri adi hadisə baş verəndə dəfələrlə təşkilati komitə qabaqcadan xəbər verib ki, tədbirimiz müəyyən səbəblərə görə təxirə salınıb, vaxt müəyyənləşdiriləndə sizə xəbər edəcəyik. Düzü mən belə düşünürdüm. Amma sən demə elə bir hal baş verməyib. Tədbir də baş tutub, sadəcə Cəmil müəllimin xətrinə dəyib ki, ayə, bəs niyə Azərbaycanın Ankaradakı səfirliyi və şəxsən cənab səfir Xəzər Ibrahim bu tədbirdə niyə iştirak etməyib? Ola bilər ki, Cəmil müəllim dövlət idarəetmə prosedurunu millət vəkili olanda elə də dərindən öyrənmək şansına sahib olmayıb, amma zatı aliləri bilməlidirlər ki, xaricdəki böyük elçilərimizin iştirak edəcəkləri tədbirlərin siyahısı əvvəlcədən müəyyən olunur və tanıyanlar da bilirlər ki, cənab Xəzər Ibrahim Ankaraya səfir təyin olunduqdan sonra Azərbaycanın sözün müsbət mənasında təbliğatı baxımından qardaş ölkədə ciddi mənada ətalətə bir son qoyulub. Türkiyədə demək olar ki, keçirilən bütün tədbirlərdə imkan olduqca Xəzər müəllim şəxsən özü iştirak edib. Əgər məsələ həqiqətən də Cəmil müəllimin dediyi kimi olsaydı, daha niyə Azərbaycanın Ankaradakı səfirliyi digər türkdilli ölkələrin Ankaradakı səfirliklərinə iştirak etmələri ilə bağlı müraciət ünvanlayırdı? Ya da ay çox hörmətli professor, səfirlik əgər özü tədbirin təşkilatçısı deyilsə, o zaman axı niyə digər ölkələrin səfirliklərinə müraciət imzalamalıdır?

Cəmil müəllim iqtidardan narazı ola bilər, ki, əslində onun buna heç bir mənəvi haqqı yoxdur, amma ola bilər də olsun, amma bu ona əsla və əsla imkan və şərait yaratmır ki, Azərbaycanı xaricdə təhsil edən diplomatik korpus haqqında ağzına gələni danışsın. Alışıblar deyəsən hər şeyi qara rəngdə görməyə, hər şeydə bir naqislik, natəmizlik axtarmağa, ki, bu sözlər elə Cəmil Həsənlinin öz sözləridir, amma bu natəmizliyi, naqisliyi səfirliklərimizdə, xüsusən də Ankaradakı səfirliyimizdə axtarmaq doğru deyil və ən azından adamı vicdanı olar. Adam özünün super eqosunu tətmin etmək üçün bir qaşıq suda şou göstərməz, Cəmil müəllim, siz axı müdriklik yaşındasınız...

Bütün xəbərlər Facebook səhifəmizdə