Bakı-Sumqayıt qatarını gecikdirən səbəb açıqladı

Bakı-Sumqayıt qatarını gecikdirən səbəb açıqladı

Bakı-Sumqayıt-Bakı qatarının hərəkətində ləngimə yaranıb.

Bunu SİA-ya "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən (QSC) bildiriblər.

Gecikməyə səbəb Keşlə stansiyasında yan qidalandırıcı xətdə texniki nasazlıq olub: "Bu gün Keşlə stansiyasında yan qidalandırıcı xətdə texniki nasazlıq yarandığından Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkətində qısa ləngimə olub. Nəticədə 6008 və 6010 saylı qatarlar qrafikdən çıxıb. Operativ tədbirlər nəticəsində 25 dəqiqə ərzində nasazlıq aradan qaldırılıb. Hazırda Bakı-Sumqayıt-Bakı marşrutu ilə elektrik qatarları cədvəl üzrə hərəkət edir".

Bütün xəbərlər Facebook səhifəmizdə