“Azərikimya” İstehsalat Birliyinin müəssisələrində Xocalı soyqırımına həsr olunan tədbirlər keçirilib

“Azərikimya” İstehsalat Birliyinin müəssisələrində Xocalı soyqırımına həsr olunan tədbirlər keçirilib

"Azərikimya" İstehsalat Birliyinin "Üzvi sintez" zavodunda Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib. ARDNŞ-dan SİA-ya verilən xəbərə görə, ilk olaraq Xocalı faciəsində şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər bildiriblər ki, 1992-ci il il fevralın 25-dən 26-na keçən gecə Rusiyanın Xankəndində yerləşən 366-ci moto­atıcı alayının dəstəyi ilə erməni qəsbkarları tərəfindən törədilmiş tarixdə analoqu olmayan bu soyqırım hadisəsi zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 nəfər yaşlı adam vəhşicəsinə qətlə yetirilib, 1000-ə ya­xın Xocalı sakini əlil olub, 8 ailə tamamilə məhv edilib, 130 uşaq vali­deynlərindən birini, 25 uşaq isə hər ikisini itirib. 1275 mülki vətəndaş əsir alınıb, 150 nəfər haqqında isə bu­gü­nədək heç bir məlumat yoxdur.

 

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində həyata keçirdiyi siyasət dəstəklənib, erməni işğalında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə əminlik ifadə edilib. Xocalı faciəsinin 19-cu ildönümü ilə bağlı anım mərasimləri "Azərikimya" İstehsalat Birliyinin "Kimyaelmitədqiqatlayihə" Institutunda, Anbar Təsərrüfatında, Səthi aktiv maddələr, Etilen-polietilen və Mexaniki Təmir zavodlarında da keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə