Qarabağ müharibəsində iştirak etmiş qazilərimiz o “qazi”lərədən deyil
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkəmizə qarşı törədilən bir sıra cinayətlərə, xüsusilə də erməni təcavüzü və terrorizminə qarşı xalqımız səfərbər olub vətən və millət naminə düşmənə qarşı ölüm-dirim mübarizəsinə qalxdı. Bu mübarizədə bir çox igid oğullarımız şəhid oldular. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilən ümummilli liderimiz Heydər Əliyev Ali Baş Komandan olaraq onların bu igidlik və rəşadətini Vətənin yüksək mükafatları ilə təltif etmişdir. Şəhid olmuş qəhrəmanların valideynlərini, ailə üzvlərini, habelə hərbi qulluqçulara “Qızıl Ulduz” medalları, “Azərbaycan bayrağı” ordenləri və “Hərbi xidmətlərə görə” medalları təqdim etmişdir.
Bu qayğı ölkə rəhbərimiz cənab İlham Əliyev tərəfindən də layiqncə davam etdirlir. Prezidentimizin şəhid ailələrinə, müharibə veteranlarına və əlillərinə göstərdiyi qayğı nəticəsində onların sosial rifahı yaxşılaşıb. Dövlət büdcəsindən onlar üçün ayrılmış aylıq məvaciblərdən əlavə olaraq mənzillərlə və avtomobillərlə də təmin olunublar. Tarix boyunca əli silah tutan hər bir kişi vətənini qorumağa borclu olub. Özü də Milli Qəhrəmanımız Mübariz İbrahimovun son sözlərində qeyd etdiyi kimi “vətənin dar günündə ürəyim dözmür, Allaha xatir bunu etməliyəm”. Əsl igidin düşüncəsindədir təmənnasız olaraq dövlətini düşmən təhlükəsindən qorusun. Müharibə zamanı qəhrəmanlıq dastanları yazanlar o məqsədlə döyüşmürdülər ki, davadan sonra qayıdıb öz xalqını talan etsin. Zorakılıqla mən “qaziyəm” deyərək kiminsə illərlə həyatını sərf edib zəhmətlə qazandığı mənzilinə soxulsunlar. Əlbəttə, bu əməllərin sahibləri qətiyyən o qəhrəmanlardan ola bilməz. Vətəninə xidmət etməyə borclu olan hər bir Azərbaycan kişisi təmənnasız olaraq hərbi qulluğa yola düşməlidir. Hərbidə baş verən hadisə nəticəsində yaralanması və əlil olması kimlərəsə səbəb vermir ki, Dövlətimizin qanunlarını pozsun və zorbalıq etsin. Xaos yaşatmaq istəyən başa düşməlidir ki, biz AXCP hakimiyyəti dövründə yaşamayırıq. Müasir Respublikamızın hüquq mühafizə orqanları onların tanıdığı “bəy”lərin hakimiyyətindəki kimi deyil. Azərbaycan xalqının əksəriyyəti bilir ki, Respublikamızın Prezidenti cənab İlham Əliyev ölkə vətəndaşları ilə yanaşı xüsusi olaraq müharibə veteranlarına və əlillərə böyük qayğı ilə yanaşır. Heç bir qazi deyə bilməz ki, yaşayış üçün mənzili və şəraiti yoxdur.
Son zamanlar “qazi” adı altında talançı niyyətlərini həyata keçirmək istəyən qruplaşmaların mənzil inşaası üçün zəbt etdikləri ərazilər strateji əhəmiyyətli zonalarda yerləşməsinə baxmayaraq həyasızcasına “müxalifət” düşərgəsində də özlərinə tərfdarlar cəlb ediblər. Cəmil Həsənli, Əli Kərimli kimi ünsürlərin Azərbaycan qanunlarına hörmətsizliyi bir daha özünü göstərdi ki, onlar yenə də hüquq mühafizəçilərinə qarşı quldurluq hərəkətlərinə havadarlıq etməklə Gəncədə, Nardaranda polis işçilərinə silah işlədənlərin himayədarlarıdırlar.
Azərbaycan xalqı Dövlətimizin siyasəti sayyəsində ayıq və sivil düşüncələrə sahibdirlər. Xalqın əksəriyyəti dərk edir ki, Əliyar Əliyev, Vəzir Orucov, Mübariz İbrahimov, Murad Mirzəyev kimi bir çox Milli Qəhrəmanlarımızın timsalında Qarabağ müharibəsində iştirak etmiş qazilərimiz o “qazi”lərədən fərqli olaraq dövlətin və xalqın qədrini bilirlər. Heç bir zorakılıq və özbaşınalığın da tərəfdarları deyillər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB