YAP Binəqədi rayon təşkilatında partiyaya üzv olmaq istəyən gənclərlə görüş keçirilib
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında partiyaya üzv olmaq üçün müraciət edən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tələbələri ilə görüş keçirilib. Görüşü giriş sözü ilə açan Ramiz Göyüşov YAP-ın tarixi zərurətdən yaranan siyasi bir partiya olduğunu, partiyanın Ümummilli Lideri Heydər Əliyevə xalqın böyük inam və etimadının nəticəsi olaraq, yaradıldığını söyləyib. YAP-ın strukturu, fəaliyyəti və yaradıldığı vaxtdan, ötən müddət ərzində qazandığı uğurlardan danışan R.Göyüşov onu da qeyd edib ki, gənclər YAP-ın üzvü olmaqla, bütövlükdə Azərbaycan cəmiyyətinin inkişafı prosesində iştiraklarına əhəmiyyətli bir təminat əldə etmiş olur, ölkəmizdə həyata keçirilən işlərə öz töhfələrini vermək imkanı qazanırlar.
R.Göyüşov qazanılan uğurlarla yanaşı, gənclərin qarşısında bir sıra vəzifələrin dayandığını da diqqətə çatdırıb. Onun sözlərinə görə, ən böyük vəzifələrdən biri ölkənin ictimai-siyasi həyatında yaxından iştirakı fəal şəkildə davam etdirməkdir. Görüşdə partiyaya üzv olmaq üçün müraciət etmiş gənclərlə tək-tək söhbət aparılıb. Onlar özləri haqqında məlumat verərək, YAP-ın fəaliyyəti, dövlət başçısı İlham Əliyevin uğurlu siyasəti və bir sıra məsələlərlə bağlı fikirlər və təkliflərini səsləndiriblər. YAP-a üzv olmağın onlar üçün böyük fəxr olduğunu və bu adı şərəflə daşıyacaqlarını bildiriblər.
ZÜMRÜD
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB