Suraxanı rayon icra hakimiyyətinin təşkilatçılığı və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Suraxanı rayon şöbəsinin dəstəyi ilə rayon ərazisində yaşayan bir qrup ahıl insanlar ziyarət olunub. Ziyarətdə Suraxanı rayon icra hakimiyyəti başçısının müavini Afət Həsənova, Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin müdiri Elgüc Kələntərli, əlamətdar bayram münasibətilə ahılları təbrik edərək, onların gündəlik qayğıları və problemləri ilə maraqlanıblar.
Ahıllar görüşün əhəmiyyətindən danışaraq, belə bir gündə ziyarət edildikləri üçün sevincli olduqlarını bildiriblər. İşlədikləri illərlə bağlı öz xatirələrini bölüşən ahıllar Vətənə və xalqa xidmət etməyin ən şərəfli peşə olduğunu bildiriblər.
Səmimi söhbət zamanı A.Həsənova vurğulayıb ki, Suraxanı icra hakimiyyəti sosial-iqtisadi inkişafla bağlı, davamlı olaraq, müxtəlif lahiyələr həyata keçirir. Belə faliyyətlərdən biri də xüsusi qayğıya ehtiyacı olan insanların, o cümlədən ahılların və tənhaların daim diqqətdə saxlanması, onların qarşılaşdıqları problemlərin həllidir. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb. Prezident İlham Əliyev tərəfindən ahıllara diqqət, qayğı və onların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə çoxlu sayda sərəncamlar imzalanıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da ahılların ən böyük qayğıkeşidir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ahıllar və müharibə veteranları ilə görüşlər keçirilir. Onların sağlamlıqları diqqətdə saxlanılır. Ziyarət olunan şəxslər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Ziyarət edilən hər bir ahıla ərzaq yardımı təqdim edilib.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB