Məişət tullantıları konteynerləri çiplərlə təchiz olunacaq

Məişət tullantıları konteynerləri çiplərlə təchiz olunacaq

Bu ilin sonunadək kağız, karton, plastik, şüşə və metal tullantılarının toplanması üçün nəzərdə tutulan narıncı konteynerlər xüsusi çiplərlə təchiz olunacaq. Bunu SİA-ya Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov deyib.

Onun sözlərinə görə, bu, konteynerlərin dolduğu barədə operativ məlumat əldə etməyə imkan yaradacaq: "Məişət tullantıları üçün nəzərdə tutulan narıncı konteynerlər xüsusi avtomobillərlə yığılır. Layihə Böyük Britaniyanın "Mott MacDonald" şirkəti ilə icra olunur".

Bütün xəbərlər Facebook səhifəmizdə