Küveytin 'ƏL-NAHAR' qəzetində Xocalı faciəsi haqqında məqalə dərc olunub
Fevralın 23-də Küveytin böyük oxucu kütləsinə malik "Əl-Nahar" qəzetində Xocalı faciəsinin 19-cu ildönümünə həsr edilən geniş məqalə dərc olunub. SİA-nın xəbərinə görə, məqalədə Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan ərazilərinin erməni vandalları tərəfindən işğalı, işğal zamanı törədilmiş vəhşiliklər, insan tələfatı, xalqa dəyən maddi və mənəvi zərər barədə ətraflı bəhs olunub.
Yazıda keçmiş sovet ordusunun yardımı ilə erməni silahlılarının Xocalı şəhərində törətdiyi vəhşiliklər öz əksini tapıb. Xocalı soyqırımı zamanı 63-ü uşaq və 106-sı qadın olmaqla 613 nəfərin vəhşicəsinə öldürüldüyü barədə məlumat verilərək bu hadisənin XX əsrin ən dəhşətli cinayətlərindən hesab olunduğu vurğulanıb. Nəşrdə faciə İkinci Dünya müharibəsi zamanı nasistlərin həyata keçirdiyi cinayətlərlə müqayisə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB