YAP Cəbrayıl rayon təşkilatı ayhıllarla görüşüb

YAP Cəbrayıl rayon təşkilatı ayhıllarla görüşüb

Bu gün Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatı Beynəlxalq Ahıllar Günü münasibətilə sosial aksiyası həyata keçirib. Aksiyada YAP Cəbrayıl rayon təşkilatının gənc üzvləri rayonun məcburi köçkün, ahıl Şirinova Təbərrük və I qrup əlil, yataq xəstəsi Şirinova Samirəni ziyarət edib, onlara yardım sovqatları veriblər.

Görüş zamanı bildiriblər ki, bu gün reallaşdırılan ahıl insanlara, aztəminatlı ailələrə sosial yardım aksiyası da dövlətimizin və partiyamazın sosial siyasətini özündə ifadə edir. Prezident İlham Əliyevin bu gün həyata keçirdiyi siyasətin əsas qayəsi də ondan ibarətdir ki, dövlətimizin iqtisadi imkanlarından hər bir vətəndaşın həyatının yaxşı təşkil olunması üçün istifadə edilsin, o cümlədən də, qayğıya ehtiyacı olan bütün insanlar diqqət mərkəzində saxlanılır. Belə tədbirlər dövlətimizin, Prezident İlham Əliyevin siyasətinə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə həyata keçirdiyi layihələrə dəstək xarakteri daşıyır.

Qeyd edək ki, ziyarət olunan ahıl və qayğıya ehtiyacı olan insanlar, belə xeyriyyə aksiyalarının təşkilinin ölkəmizdə aztəminatlı ailələrə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu söyləyib, onlara göstərilən diqqət və qayğıya görə, ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

R.KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə