YAP Kürdəmir rayon təşkilatının ərazi ilk təşkilat sədrlərinin yığıncağı keçirilib

YAP Kürdəmir rayon təşkilatının ərazi ilk təşkilat sədrlərinin yığıncağı keçirilib

Bu gün YAP Kürdəmir rayon təşkilatının Heydər Əliyev Mərkəzində O.Mirzəyev adına (Kürdəmir Regional Mədəniyyət İdarəsi) ərazi ilk partiya təşkilatının partiya üzvləri ilə növbəti görüş keçirilib. Görüşdə Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli bildirib ki, bu gün Azərbaycan, sözün həqiqi mənasında, möhtəşəm bir dövlətə çevrilib: "Ölkəmizin bütün sahələrində böyük nailiyyətlər əldə edilməkdədir. Həyatımızın yaxşılaşması istiqamətində böyük layihələr həyata keçirilir, insanların həyat səviyyəsi yaxşılaşır, ölkəmizin beynəlxalq imici ciddi şəkildə yüksəlir və beynəlxalq əlaqələrimiz genişlənməkdədir".

A.Kərimli ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin siyasi fəaliyyətini və təbliğatını həyata keçirən siyasi partiya olduğunu söyləyərək bildirib ki, ərazi ilk partiya təşkiatları ölkəmizin bütün uğurlu inkişafında daha böyük səylə çalışmalı və fəallıq nümayiş etdirməlidir.

Rayon təşkilatı sədri son günlər Azərbaycanın inkişafını istəməyən qüvvələrin sosial şəbəkələrdə dövlətimizə qarşı qarayaxma kampaniyası apararaq, ictimaiyətdə çaşqınlıq yaratmağa çalışdıqlarını bildirərək vurğulayıb ki, hamılıqla bu satqınlara qarşı elləiklə mübarizə aparmalı, həmin dairələrin əməllərini qətiyyətlə pisləməliyik.

Tədbirdə çıxış edən ərazi ilk partiya təşkilatının sədri Vaqif Alıyev, ilk təşkilatın üzvü Xəyyam Məlikov ölkə rəhbərimizin siyasətinin dəstəklənməsində daha aktiv olacaqlarını, təbliğatlarını günün tələbləri səviyyəsində quracaqlarını və ölkəmizə qarşı böhtan xarakterli çıxışlarına qarşı layiqincə cavab verəcəklərini diqqətə çatdırıblar.

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə