Yeni Azərbaycan Partiyasının Tərtər rayon təşkilatı 1 Oktyabr Beynəlxalq Ahıllar Günü ilə bağlı rayon ərazisində sosial aksiya keçirib. Aksiya çərçivəsində YAP Tərtər rayon təşkilatının fəalları rayonda yaşayan ahıl, kimsəsiz və qayğıya ehtiyacı olan insanları ziyarət edib və onlara maddi dəstək göstəriblər.
Aksiyada iştirak edən partiya fəalları bildiriblər ki, sosial dövlət olan Azərbaycanda vətəndaşlara qayğı, onların sosial müdafiəsinin gücləndirilməsi həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətidir.
Xüsusilə, qeyd olunub ki, öz fəaliyyətində hər zaman xalqımızın maraqlarını rəhbər tutan, cəmiyyətdən gələn sosial sifarişlərə uyğun çoxsaylı layihələr reallaşdıran Yeni Azərbaycan Partiyası da Prezident İlham Əliyevin həyata keçirdiyi mütərəqqi siyasətə dəstək verir, bu siyasətin daha uğurlu nəticələr verməsi üçün üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.
Rayon təşkilatının fəalları qayğıya ehtiyacı olanların ailə üzvlərinə baş çəkib, onlara yardım göstəriblər.
Sözügedən ailələr və rayon ictimaiyyəti YAP-ın bu təşəbbüsünü yüksək qiymətləndirib, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
R.HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB