Hərbi qulluqçularımız “Saber Junction-19” təlimindən qayıdıb

Hərbi qulluqçularımız “Saber Junction-19” təlimindən qayıdıb

Almaniyanın “Hohenfels” təlim mərkəzində keçirilən “Saber Junction - 19” çoxmillətli briqada taktiki təlimində iştirak edən Azərbaycan Ordusunun hərbi qulluqçuları Bakıya qayıdıb. Müdafiə Nazirliyindən SİA-ya bildirilib ki, Amerika Birləşmiş Ştatları Avropa Komandanlığı (EUCOM) tərəfindən keçirilən NATO-nun üzv və tərəfdaş ölkələrinin ordularının hərbi qulluqçularının da qatıldığı təlimdə Azərbaycan Ordusunun nümayəndələrinin peşəkarlığı beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə