Lənkəranda dini radikalizmə qarşı mübarizə ilə bağlı müzakirələr aparılıb
Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Lənkəran rayonunun Qurumba kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” layihəsi çərçivəsində Bəlləbur kəndində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları, DQİDK-nin dini qurumlarla iş üzrə şöbəsinin əməkdaşı, Bəlləbur kənd tam orta məktəbinin direktoru, Qurumba və Bəlləbur kənd məscidilərinin dini icmalarının sədri Hacıhəsən Babayev, kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxış edənlər dini radikalizm və onun fəsadları haqqında danışaraq gənclərin radikal dini cərəyanlardan qorunmasının zəruriliyini diqqətə çatdırıblar. Qeyd olunub ki, gənclər arasında mənəvi dəyərlərin geniş təbliğ edilməsi dini radikalizmə qarşı mübarizədə ən təsirli vasitələrdən biridir.
Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB