Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları təltif ediliblər SƏRƏNCAM

Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları təltif ediliblər SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, institutun üç əməkdaşı “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Dövlətimizin başçısını “Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarına

fəxri adların verilməsi haqqında” Sərəncamına əsasən bu elmi müəssisənin üç əməkdaşı “Əməkdar elm xadimi”, bir əməkdaşı “Əməkdar mühəndis” fəxri adlarına layiq görülüb.

Prezident İlham Əliyevin digər Sərəncamı ilə isə Neft-Kimya Prosesləri İnstitutunun 5 əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə