Heydər Əliyev Mərkəzində maraqlı tarix dərsləri Masallıda

Heydər Əliyev Mərkəzində maraqlı tarix dərsləri Masallıda

Bu gündən etibarən Masallı şəhər Heydər Əliyev Mərkəzində "Heydər Əliyev irsinin öyrənilməsi" mövzusunda tarix dərslərinin keçirilməsinə yenidən start verilib. SİA-nın məlumatına görə, ilk dərs Masallı şəhər 1 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə başlanıb.

İlk öncə məktəblilər Mərkəzin ekspozisiya - sərgi zalında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən fotostendlərlə yaxından tanış olublar. Masallı şəhər 1 nömrəli tam orta məktəbin tarix müəllimi Sahil Almaz oğlu Fərzəliev şagirdlərə bildirib ki, görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan Milli dövlətçiliyini bütün təhlükələrdən xilas edib qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət kimi Heydər Əliyevin həyat və fəaliyyəti müasir tariximizin ən mühüm və şərəfli mərhələsini təşkil edir. Ulu öndər Heydər Əliyev həyatını xalqımıza, ölkəmizin inkişafına həsr etmişdir. Məhz Heydər Əliyevin rəhbərliyi altında siyasi sistemin möhkəmlənməsi, dövlətçilik ənənələrinin yaradılması, azərbaycançılıq ideologiyasının bərqərar olması nəticəsində bu gün Azərbaycan yüksək səviyyədə inkişaf edən bir ölkəyə çevrilib.

Əlihüseyn Şükürov

Bütün xəbərlər Facebook səhifəmizdə