Qadın və uşaq hüquqlarını müdafiə edən bəzi qeyri-hökumət təşkilatları AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlının öz ailə üzvlərinə verdiyi işgəncələr, onlara ağır xəsarətlər yetirməsi ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb olunması üçün Baş Prokurorluğa müraciət ediblər. SİA xəbər verir ki, bunu oktyabrın 1-də Baş prokuror Zakir Qaralov jurnalistlərə müsahibəsində deyib.
Baş prokuror qeyd edib ki, həmin müraciət hazırda Baş Prokurorluqda baxılmaq ərəfəsindədir. Biz ilk növbədə, zərərçəkənlərin - həm F.Qəhrəmanlının həyat yoldaşının, həm də azyaşlı qızının rəsmi mövqeyini öyrənməliyik. Bundan sonra qanun çərçivəsində qərar qəbul olunacaq.
“Xüsusi vurğulamaq istərdim ki, bu gün özünü müxalifət adlandıran, daim özlərini vətəndaşların hüquqlarının müdafiəsi üzrə təqdim etməyə çalışan şəxslər ailələrində bu cür qanundan kənar, zorakılıq hərəkətləri etdiklərinə görə cəza almalıdırlar. Bizdə olan məlumata görə, həmin partiyanın rəhbərliyinin də bundan xəbəri olub. Təəssüf ki, onlar da vaxtında heç bir tədbir görməyib, məlumat verməyiblər”, - deyə Z.Qaralov vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB