Hüquqazidd əməllərin 90 faizə yaxını ehtiyatsızlıqdan baş verir

Hüquqazidd əməllərin 90 faizə yaxını ehtiyatsızlıqdan baş verir

Polis orqanlarında həyata keçirilən və praktikada özünü doğrultmuş bütün tədbirlər cinayətkarlığa qarşı mübarizəyə, vətəndaşların həyatının, sağlamlığının, qanuni mənafelərinin hüquqazidd əməllərdən effektiv qorunmasına xidmət edir.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev SİA-ya açıqlamasında bildirib ki, bu ənənə, xidməti və icra intizamında polis orqanında rütbəsindən asılı olmayaraq, hər bir əməkdaşın gündəlik həyat tərzidir: “Qeydə alınan hüquqazidd əməllərin 90 faizə qədəri bilavasitə kriminogen durumun gərginləşməsinə təsiri olmayan və bir çox hallarda ehtiyatsızlıqdan baş verən böyük ictimai təhlükə törətməyən və az ağır cinayət növləridir”.

E.Hacıyev əlavə edib ki, ictimai təhlükəsizlik tədbirlərinin nəticələri paytaxtdan ən ucqar regionlarımıza qədər eyni dərəcədə özünü göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə