“Ahıl insanlar da ölkənin sosial iqtisadi inkişafına öz dəstəklərini verirlər” RƏY-ÖZƏL
“Ahıllar gününün ölkəmizdə bir bayram kimi qeyd edilməsi dövlətimizin yaşlı nəslə göstərdiyi qayğı və diqqətin ifadəsidir. Çünki ahıl insanlarda yaşlarının çox olmasına baxmayaraq ölkənin sosial iqtisadi inkişafına öz dəstəklərini verir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.
Onun sözlərinə görə, öz təcrübələrinin həyatımızın mənalandırılmasına gənc nəslin vətənə məhəbbət rolunda tərbiyə edilməsinə, formalaşdırılmasına sərf edirlər: “Ahıl alimlərimizin yazıçılarımızın, sənəd sahiblərimizin ictimai siyasi xadimlərimizin fəallığı onların vətənə, xalqa, ölkə rəhbərinə sadiqliyini həyata keçirən, islahatlarına, görülən işlərə dəstəklərinin nümunəsi olmaqla vətəndaşlıq borcundan irəli gəlir. Ahılların dövlət qulluğunda, ictimai işlərdə keçirilən beynəlxalq tədbirlərdə iştirakının təmin edilməsi, onların fəaliyyətinin qiymətləndirilməsi, mükafatlandırılması həmrəylinin dövlət xalq birliyinin göstəricisidir və bu təqdirəlayiqdir. Ahıllarımıza gələcək fəaliyyətlərində bir daha uğurlar arzulayıram, onların xoş günlərini təbrik edirəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB