Kənd və qəsəbələrdə abadlıq və quruculuq işləri sürətlənir

Kənd və qəsəbələrdə abadlıq və quruculuq işləri sürətlənir

Masallı şəhərində, kənd və qəsəbələrdə abadlıq və quruculuq işləri anbaan sürətlənir. SİA-nın verdiyi məlumata görə, Masallı Rayon İcra Hakimiyyəti başçısının hər həftə ərazilərdə keçirdiyi səyyar görüş-qəbullarda verdiyi tövsiyə və təşəbbüslər diqqətlə dinlənilir, camaat tərəfindən həyata keşirilir.

Artıq bu xeyirxah işlər çoxdandır ki, öz bəhrəsini verir. Yerlərdə yaşayış yerinin sakinləri bu xeyirxah aksiyaya qoşulmuş, hər kəs yaşadığqları ərazinin təmizlənməsinə, daha gözəl olmasına çalışırlar. Buna misal Kolatan, Təzə Alvadı, Gəyəçöl, Şaxırlı, Qasımlı, Xıl, Gəyəçöl və başqa kəndləri göstərmək olar. Bu yaxınlarda rayonun Qarqalıq ərazisinin Eminli kəndi camaatı da xeyirxah işə start veriblər. Neçə illərdir ki, yollar bərbad halda idi. Kənd camaatçılıqla kəndara yolların təmirinə başlamışlar. Onlar bir neçə gün ərzində 1 kilometr uzunluğnda yola çınqil döşəmişlər. Bu işdə Ənvər Kərimov, Sücayət Eminov, Elnur Həsənov və başqaları fəallıq göstərirlər.
Masallı rayonun Qarqalıq ərazisinin Eminli kənd camaatından biri - Sücayət Eminovun Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə həftədə bir dəfə nəşr olunan "Yeni həyat" qəzetinin redaksiyasına verdiyi məlumatda deyilir ki, yaxın günlərdə yaşadıqları ərazidə yolların işıqlandırılmasına başlayacaqlar. Bu xeyirxah iş də camaatçılıqla ərsəyə gələcək.

Əlihüseyn Şükürov

Bütün xəbərlər Facebook səhifəmizdə