Rafael Cəbrayılov Milli Məclisə müraciət edib GÜNDƏM

Rafael Cəbrayılov Milli Məclisə müraciət edib GÜNDƏM

Milli Məclisin deputatı Rəfael Cəbrayılov mandatdan imtina etməsi ilə bağlı özü Milli Məclisə müraciət edib. O, Konstitutsiyanın verdiyi səlahiyyətdən istifadə edərək özü istefa verdiyini bildirib. SİA xəbər verir ki, bu haqda məlumatı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli verib.

“Rəfael Cəbrayılov Azərbaycan xalqından və dövlətindən üzr istədiyini və istefa verdiyini Milli Məclisə bildirib”, Ə.Hüseynli bildirib.

“Rafael Cəbrayılovla bağlı məsələ hüquqi müstəvidə həllini tapdı və bunun nə mətbuatda, nə də parlamentdə müzakirəsinə ehtiyac var. İstefa mədəniyyəti hər yerdə var”. Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, vaxtilə Milli Məclisə namizədliyini irəli sürən, amma xalq tərəfindən etimad qazanmayanlar, xaricdə oturub Azərbaycanın əleyhinə iş aparanlar, qarayaxma ilə məşğul olanlar bu hadisədən sui-istifadə edirlər: “Öz partiyasında əxlaq və mənəviyyatla məşğul ola bilməyənlər bu məsələni şişirdib ortaya çıxarırlar”.

Qeyd edək ki, Milli Məclisin deputatı Rəfael Cəbrayılov mandatdan imtina etməsi ilə bağlı Milli Məclisə müraciət edib. O, Konstitusiyanın verdiyi səlahiyyətdən istifadə edərək özü istefa verdiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə