Ahıllara böyük qayğı - FOTOLAR

Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatı 1 oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə münasibətilə rayon ərazisində yaşayan yaşlı və aztəminatlı sakinlərin evlərinə gedərək onları ziyarət ediblər. Görüş zamanı rayon təşkilatının əməkdaşları və gənclər birliyinin fəalları ahıl sakinlərin qayğıları ilə yaxından maraqlanıb, onların gündəlik ehtiyacalarını öyrəniblər. Xeyriyyə aksiyası çərçivəsində YAP-ın rayon təşkilatı tərəfindən ahıl sakinlərə sovqatlar təqdim edilib.

Görüşdə qeyd olunub ki, bu tarixin beynəlxalq səviyyədə qeyd olunması isə ahıllara diqqət və qayğının artırılması məqsədi daşıyır. Azərbaycanda ahıl insanlara dövlət qayğısı da ildən-ilə artır. Beynəlxalq Ahıllar Günü ölkədə 1993-cü ildən qeyd olunur. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb, 22 iyun 2001-ci il tarixdə "Ahıllara sosial xidmət haqqında" Qanun qəbul olunub. Həmin Qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətinin mərkəzində sosial məsələlərin həlli və vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi dayanır. Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onların maddi və mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şərait yaradılıb ki, bu da, Azərbaycan dövlətinin apardığı siyasətin mühüm prinsiplərindəndir. İnsan sağlamlığı və onun hərtərəfli təminatı istiqamətində ardıcıl işlər görülür. 2019-cu ilin ötən dövründə dövlət başçısı İlham Əliyevin imzaladığı fərman və sərəncamlar da əhalinin sosial müdafiəsinin gücləndirilməsində inqilabi addımlardır. Həmçinin, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ahıllara qayğısı da böyük rəğbətlə qarşılanır. Azərbaycanın Birinci Xanımı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ahıllarla, müharibə veteranları ilə görüşlər keçirilir və onların sağlamlığı diqqətdə saxlanılır.

Sonda rayon ərazisində yaşayan ahıllar da bu diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

R.KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə