Heydər Əliyev Sarayında Xocalı soyqırımına həsr olunan tədbir keçirilib- FOTO
Bu gün Heydər Əliyev Sarayında Xocalı soyqırımına həsr edilən tədbir keçirilib. Saraydan SİA-ya verilən məlumata görə, tədbirin əvvəlində Xocalı soyqırımı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Heydər Əliyev Sarayının direktoru, əməkdar mədəniyyət işçisi Fərhad Babayev açıb. O bildirib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub: "Azərbaycanın ümummilli lideri Heydər Əliyevin qeyd etdiyi kimi Xocalı soyqırımı – bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixində ən qorxulu kütləvi terror aktlarından biridir. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunub".
Sarayın direktoru Fərhad Babayev həmçinin onu da vurğulayıb ki, son onilliklərdə bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyindən əl çəkməyib, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirib: "Bu gün 19-cu ildönümünü qeyd etdiyimiz XX əsrin faciəsi olan Xocalı soyqırımı məhz bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir".
Tədbirin sonunda Xocalı faciəsi ilə bağlı çəkilən sənədli film nümayiş edirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB