Bu gün Şamaxı rayon icra hakimiyyəti YAP Şamaxı rayon təşkilatının birgə iştirakı ilə Ahıllar günü ilə bağlı "Aztəminatlı ailələrə qayğı" aksiyası keçirib. SİA-nın verdiyi məlumata görə, aksiya zamanı rayonun kimsəsiz, əlil sakinləri və aztəminatlı ailələri ilə yaşadıqları yerlərdə görüşlər keçirilib, onlara zəruri ərzaq və digər məhsullardan ibarət yardım edilib.
Görüşdə qeyd olunub ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca məqsədlərindən biri vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi və əhalinin sosial müdafiəsinin təmin edilməsidir. Son bir neçə ildə iqtisadiyyatın inkişafında əldə edilən nailiyyətlər bu məqsədin uğurla reallaşmasına şərait yaradıb. Bütün kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, əhalinin aztəminatlı təbəqələrinə kömək göstərilməsi Azərbaycanda dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Xüsusilə də, ölkə iqtisadiyyatında həyata keçirilən köklü islahatlar bu sferada dinamik və davamlı inkişafı təmin etməklə bərabər, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına geniş imkanlar açıb. Vurğulanıb ki, rayon rəhbərliyi və YAP rayon təşkilatı mütəmadi olaraq belə tədbirlər mütəmadi keçirilir və bundan sonra da keçiriləcək.
Görüşlərdə o da qeyd edilib ki, həyata keçirilən bu cür layihələr vətəndaşların sosial rifahının yüksəldilməsinə, qayğı ilə əhatə olunmalarına töhfə verməklə yanaşı, onlara xoş əhval-ruhiyyə yaşatmaq məqsədi daşıyır.
R.HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB