YAP Səbail rayon təşkilatı Beynəlxalq Ahıllar günü münasibəti ilə aksiya keçirib
Bu gün YAP Səbail rayon təşkilatı Beynəlxalq Ahıllar günü münasibəti ilə aksiya keçirib. Aksiya çərçivəsində sentyabrın 30-da YAP Səbail rayon təşkilatının gənc fəalları rayonun Badamdar qəsəbəsi, 20-ci yaşayış sahəsi və Bayıl ərazisində yaşayan kimsəsizlərə, tənha qocalara, yataq xəstələrinə, əlillərə, müharibə veteranlarına baş çəkdilər, xüsusi diqqət və qayğıya ehtiyacı olan rayon sakinlərini narahat edən problemlərlə maraqlandılar, onlara zəruri ərzaqlardan ibarət bağlamalar təqdim etdilər.
YAP Səbail rayon təşkilatının gəncləri bildiriblər ki, yaşlı nəslə, xüsusən də ahıllara dayaq durmaq, onlara köməklik göstərmək hər birimizin mənəvi borcumuzdur. Çünki yetişməkdə olan gənc nəslin bu ruhda tərbiyə olunması üçün bunlar vacib şərtlərdən biridir.
Eyni zamanda, vurğulanıb ki, ölkə Prezidenti İlham Əliyev tərəfindən ahıllara diqqət, qayğı və sosial vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə çoxlu sayda sərəncamlar imzalanıb. Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da ahılların ən böyük qayğıkeşidir. Onun təşəbbüsü ilə ahıllar, müharibə veteranları ilə görüşlər keçirilir, onların sağlamlığı diqqətdə saxlanılır.
Ziyarət olunan şəxslər onlara göstərilən diqqət və qayğıya görə ölkə ölkə başçısına, Yeni Azərbaycan Partiyasına öz minnətdarlıqlarını bildiriblər.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB