““Milli Şura” adlı qurumun heç bir ictimai və sosial dayağı yoxdur” RƏY - ÖZƏL

““Milli Şura” adlı qurumun heç bir ictimai və sosial dayağı yoxdur” RƏY - ÖZƏL

“Biz uzun müddətdir ki, deyirik axı bu “Milli Şura” adlı qurumun heç bir ictimai və sosial dayağı yoxdur”. Bunu SİA-ya açıqlamasında QHT.az saytının rəhbəri, "İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.

Onun sözlərinə görə, sosial bazası olan təşkilat üçün ərazinin heç bir əhəmiyyəti yoxdur: “Artıq “Milli Şura”nın mitinq keçirməkdən imtina etməsi ilə bağlı sosial şəbəkələrdə də maraqlı karikaturalar paylaşılır. Fikrimcə, “Milli Şura” müvafiq qurumlardan “yox” cavabı gözləyirdi. Və əslində mitinqin harada baş tutacağından asılı olmayaraq bununla bağlı hazırlıq işləri də görülməmişdir. Bu qüvvələr özlərini “yox” cavabı üzərinə kökləyərək, bu prizmadan hakimiyyəti tənqid etməyi planlaşdırırdılar. Çünki mitinqin keçirilməsində insan resursları və sosial baza amili “Milli Şuranı” pis vəziyyətdə qoyur. Son dövlət “Milli Şura”nın əsas “siması” olan Əli Kərimli ətrafına baş verən olaylar ümumiyyətlə bu qumrun nəinki mitinq keçirmək, hətta kiçik tədbir təşkil etmək imkanlarını da sıfıra endirib. Artıq AXCP adlanan qurumun bəzi funksionerləri ya ifşa olunurlar və yaxud özlərini aldanmış görüb “lider”lərindən imtina edirlər”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə