YAP Binəqədi rayon təşkilatında görüş keçirilib

YAP Binəqədi rayon təşkilatında görüş keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında partiyaya üzv olmaq üçün müraciət etmiş şəxslərlə görüş keçirilib. Görüşü giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov son illər ölkəmizdə həyata keçirilən uğurlu siyasətdən, bunun məntiqi nəticəsi olaraq, bütün sahələrin inkişafına hədəflənmiş islahatlardan danışıb.

Əhalinin sosial şəraitinin, rifah halının daha da yüksəldilməsi, onların mövcud problemlərinin həlli, daxili ictimai-siyasi sabitliyin təmin olunması və s. istiqamətində görülən işlərdən söz açıb. Onun sözlərinə görə, dövlət başçısı İlham Əliyev də, çıxışlarında dəfələrlə qeyd etdiyi kimi, bu siyasətin mərkəzində xalq dayanır, vətəndaşlar dayanır. Bütün görülən işlər, məhz xalqımızın maraqlarının, onlara layiqli həyat şəraitinin təminatına hesablanıb. Məhz görülən işlər nəticəsində dövlət başçısının xalq arasındakı nüfuzu durmadan artır, xalqın inam və etimadı zamanla daha da möhkəmlənir.

R.Göyüşov, son illər ərzində, partiyaya üzv olmaq üçün müraciət etmiş şəxslərlə rayon təşkilatında görüşlərin keçirildiyini, namizədlərlə şəxsən söhbətlərin, müxtəlif mövzular ətrafında fikir mübadiləsinin aparıldığını qeyd edib. Söhbət zamanı həmin şəxslərin Prezident İlham Əliyevi dəstəklədiklərini, məhz bu dəstəyin ifadəsi olaraq, YAP sıralarına qoşulmaq arzusunda olduqlarını bildirib.

Görüş diskussiya şəraitində davam etdirilib.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə