YAP Binəqədi rayon təşkilatının kollektivi ahılları ziyarət ediblər

YAP Binəqədi rayon təşkilatının kollektivi ahılları ziyarət ediblər

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının bir qrup əməkdaşı və gənc fəalı 1 Oktyabr – Beynəlxalq Ahıllar Günü ilə bağlı Binəqədi rayonunda yaşayan aztəminatlı ahıl ailələrə baş çəkərək, onlara sovqatlar təqdim ediblər. Ziyarət zamanı Binəqədi rayonunun bütün qəsəbə və sahə inzibati ərazi dairələri üzrə aztəminatlı ahıl ailələr müəyyən edilərək, evləri ziyarət edilib, onların qayğıları ilə maraqlanıb, gənc fəallar tərəfindən yardım məqsədilə evlərində təmizlik, səliqə-səhman işləri görülüb. Ahıl insanlara bayram sovqatları, ərzaq bağlamaları təqdim edilib.

Ahıllar da öz növbəsində dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıq hisslərini ifadə ediblər. Bildirilib ki, həyata keçirilən bu cür aksiyalar onların sosial rifahlarının yüksəldilməsinə töhfə verməklə yanaşı, xoş əhval-ruhiyyə yaradır.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə