YAP Suraxanı rayon təşkilatı xeyriyyə aksiyası keçirib

YAP Suraxanı rayon təşkilatı xeyriyyə aksiyası keçirib

1 Oktyabr Beynəlxalq Ahıllar Günü münasibətilə, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı rayon ərazisində yaşayan yaşlı və aztəminatlı sakinlərin evlərinə gedərək onları ziyarət ediblər. SİA-nın verdiyi məlumata görə, görüş zamanı rayon təşkilatının əməkdaşları və gənclər birliyinin fəalları ahıl sakinlərin qayğıları ilə yaxından maraqlanmış, onların gündəlik ehtiyacalarını öyrənmişlər. Xeyriyyə aksiyası çərçivəsində rayon partiya təşkilatı tərəfindən ahıl sakinlərə sovqatlar təqdim edilmişdir.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətinin mərkəzində sosial məsələlərin həlli və vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi dayanır. Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onların maddi və mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şərait yaradılıb ki, bu da, Azərbaycan dövlətinin apardığı siyasətin mühüm prinsiplərindəndir. İnsan sağlamlığı və onun hərtərəfli təminatı istiqamətində ardıcıl işlər görülür.

2019-cu ilin ötən dövründə dövlət başçısı İlham Əliyevin imzaladığı fərman və sərəncamlar da əhalinin sosial müdafiəsinin gücləndirilməsində inqilabi addımlardır. Eyni zamanda, dövlət himayəsində yaşayan tənha yaşlı və ahıl insanların normal yaşayış şəraiti, onların etibarlı sosial müdafiəsi təmin olunur.

Ölkəmizdə əlil, tənha və ahıllara xidmət göstərən müəssisələrin sakinləri də tam dövlət qayğısı ilə əhatə olunublar. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ahıllara qayğısı da böyük rəğbətlə qarşılanır. Azərbaycanın Birinci Xanımı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ahıllarla, müharibə veteranları ilə görüşlər keçirilir və onların sağlamlığı diqqətdə saxlanılır. Ahıllar günündə də bu insanlar üçün müxtəlif tədbirlər təşkil olunur. Öz fəaliyyətində daim sosial

istiqamətləri prioritet elan edən YAP sosial-iqtisadi inkişafla bağlı davamlı olaraq müxtəlif layihələr həyata keçirir. Növbəti dəfə keçirilən aksiya çərçivəsində ahıl insanlara böyük sevinc hissi yaşadılıb. Suraxanı rayon ərazisində yaşayan ahıllar da bu diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə