YAP-ın Nəsimi rayon təşkilatı ahılları daim diqqətdə saxlayır - FOTOLAR
1 oktyabr tarixini Beynəlxalq Ahılların hüquqlarının müdafiəsi Günü kimi münasibətilə ilə Dəstək Aksiyası
Azərbaycan xalqının mədəniyyətində və milli dəyərlərində böyüklərə hörmət, xüsusilə ağsaqqallara və ağbirçəklərə diqqət, qayğı və sevgi ən əsas dəyər kimi təbliğ edilir. Böyüklərə hörmət insan əxlaqının və tərbiyəsinin ana xəttini təşkil edir. Bu dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılması ilə bağlı ölkəmizdə Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva çox böyük və misilsiz işlər görür. Dünyada bu dəyərlərin təbliği məqsədilə BMT hər il 1 oktyabr tarixini Beynəlxalq Ahılların hüquqlarının müdafiəsi Günü kimi qeyd edir.
Yeni Azərbaycan Partiyası da bu ənənələrə sadiq qalaraq hər il bu gün münasibəti ilə ümumrespublika tədbirləri həyata keçirir. Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı bu münasibətlə rayon ərazisində yaşayan qayğıya ehtiyacı olan ahıllara baş çəkib, onları ehtiyacları olan zəruri ərzaqla təmin edib.
Səmimi keçən görüşdə ziyarət olunan ahıllar belə bir gündə ziyarət edildikləri üçün sevincli olduqlarını diqqətə çatdırıblar. Ahıl şəxslər işlədikləri illərlə bağlı öz xatirələrini bölüşüb, vətənə, xalqa xidmət etməyin ən şərəfli peşə olduğunu bildiriblər.
Azərbaycanda ahıl insanlara dövlət qayğısının ildən-ilə artdığını bildirən ahıllar göstərilən diqqətə görə, ölkə başçısı İlham Əliyevə öz minnətdarlıqlarını ifadə ediblər.
Hər bir görüşün sonunda ahıllarla birgə xatirə fotosu çəkdirilib.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB