Mirkazım Seyidov: “Xocalı soyqırımının dünya səviyyəsində hüquqi qiymət almaması məsələsi haqqında çox danışmaq lazımdır” - MÜNASİBƏT
"Xocalı faciəsi mənfur düşmənlərimizin bizim tariximizdə yazdığı qara səhifədir". Bu sözləri Novosibirskdə fəaliyyət göstərən Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun sədri Mirkazım Seyidov SİA-ya verdiyi açıqlamasında deyib. O bildirib ki, Xocalı soyqırımı bütün bəşəriyyətdə misli görünməyən bir faciədir, bizim millətimiz onu yaşayıb və onun böyük fəsadlarını bu gün də yaşamaqda davam edir.
M.Seyidov təəssüfləndiyini bildirib ki, bu faciəyə hələ də böyük dövlətlər tərəfindən beynəlxalq səviyyədə siyasi, hüquqi qiymət verilməyib. O vurğulayıb ki, ancaq buna baxmayaraq 19 il ərzində dövlət, müxtəlif təşkilatlar, insanlar, diaspor nümayəndələri, soydaşlarımız faciənin dünya ictimaiyyətində tanıdılmasında lazımı qədər məlumatlar dünyaya çatdırılır: "Bundan əlavə, ölkəmiz tərəfindən, həmçinin Ermənistanın Azərbaycana qarşı ədalətsiz müharibə etməsi, torpaqlarımızın zəbt olunması haqqında məlumatlar yayılır. Bütövlükdə isə Dağlıq Qarabağ problemi və onun ən faciəli səhnəsi olan Xocalı soyqırımının dünya səviyyəsində hüquqi qiymət almaması məsələsi haqqında çox danışmaq lazımdır. Çünki faciədən 19 il ötməsinə baxmayaraq ona hüquqi, siyasi qiymət yalnız ümummilli lider Heydər Əliyev tərəfindən verilib".
Xocalı soyqırımı qurbanları və ondan əziyyət çəkən insanların qarşısında hamımızın borclu olduğunu dilə gətirən M.Seyidov söyləyib ki, faciə tək Azərbaycanda yaşayanların deyil, bütün dünya azərbaycanlılarının ümumi dərdinə çevrilib. O qeyd edib ki, ermənilər tərəfindən törədilən soyqırımın bütün dünya xalqları tərəfindən soyqırımı kimi qiymətləndirilməsini, faciəni törədənlərin bu gün hələ də azadlıqda gəzməsini dünya ictimaiyyətinə çatdırmağı qarşımıza əsas məqsəd kimi qoymalıyıq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB