Bir neçə kənddə qaz təchizatı dayandırılacaq

Bir neçə kənddə qaz təchizatı dayandırılacaq

Sentyabrın 30-da səhər saat 09:30-dan Quba şəhəri, M.Əcəmi küçəsində yeni çəkilmiş qaz xətti qaz təchizatı mənbəyinə birləşdiriləcək.

"Azəriqaz" İstehsalat Birliyindən SİA-ya verilən xəbərə görə, Alekseyevka kəndində isə qaz xətlərində aşkar olunmuş qaz sızmaları ləğv olunacaq. Bundan başqa Quba şəhəri, H.Əliyev prospekti ünvanında və rayonun 2-ci Nügədi kəndində abonentlərin evlərinin qarşısından keçən qaz xətlərinin yeri dəyişdiriləcək. Ona görə də rayonun mərkəzi və bir neçə yaşayış məntəqəsində qazın verilişində fasilələr olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə