Diqqət yetirin, ölkədə radikal müxalifət Lökbatana mitinq üçün təsis olunan yeri bəyənmədiyi üçün aksiyadan imtina edir, özünün kurasiyasında olan online media resursları vasitəsi ilə icazəsiz aksiya keçiriləcəyini bəyan edir, digər tərəfdən isə Biləcəri qəsəbəsində baş verən insidentə "xalq-polis qarşıdurması" donu geyindirib müxalifətin nəzarətində olan səhifələr vasitəsi ilə tirajlayırlar.
İllərdir Dövlət Neft Şirkətinə aid olan ərazilərdə tikilən qeyri-qanuni tikililərin söküləcəyi ilə bağlı açıqlamalar yayır. Görünür ki, şirkət rəhbərliyi bu prosesə başlayıb və bundan istifadə edən bir qrup təxribatçı dərhal işə başlayıb. Bakı şəhər Baş Polis idarəsi məlumat yayıb ki, Dövlət Neft Şirkətinin mühafizəçiləri ilə həmin ərazidə ev tikən 1977-ci ildə anadan olmuş bir şəxs arasında insident baş verib. Həmin insidentə hardansa bir qrup Qarabağ müharibəsi əlili qarışıb və dərhal da məsələ video çəkiliş vasitəsi ilə sosial şəbəkədəki bir sıra təxribatçı tərəfindən dərhal yayılıb.
Videoya baxanda da alt qatda yatan məqamlar hiss olunur. Sanki xüsusi bir qrup var ki, cəmiyyətin bəzi həssas kateqoriyasının hissləri ilə oynayır. Yəni, həmin qrup Qarabağ qazilərini öz çirkin məqsədləri üçün istifadə etməyə cəhd göstərir. Söyən, döyən həmin o qrup, hücum çəkən həmin o bir qrup, əllərdə telefonlar, evi sökülən şəxs 1977-ci ildə anadan olub və dərindən düşünsəniz Qarabağ qazisi deyil, döyülən və söyülən isə Dövlət Neft Şirkətinin mühafizəçiləri... Amma sosial mediada atılan başlıqlara diqqət yetirin: polis Qarabağ qazilərini döyür...
Qanunun hər kəs üçün qanun olduğunu və həqiqi Qarabağ qazilərinin bu gün də Cənab Ali Baş Komandan əmr verərsə, heç gözünü qirpmadan ölümün gözünə dik baxacaqlarından adım kimi əminəm və cəmiyyətimizin də bundan heç bir şübhəsi ola bilməz. Amma ölkədə sabitliyin pozulması və xaos, anarxiya yaratmaq cəhdlərinin ən yüksək həddə çatdığı bu günlərdə, xaricdəki antiazərbaycançı dairələrin icazəsiz aksiyalara çağırış etdiyi bir dönəmdə belə xırda qığılcımlar qarşısında həmrəy olmalıyıq və bu cəhdlərin önündə dayanmalıyıq.
Oktay Hacımusalı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB