Naxçıvanda bal festivalı işə başlayıb

Naxçıvanda bal festivalı işə başlayıb

Bu gün Naxçıvanda Arıçılıq məhsulları-bal festivalı keçirilir. Xəbər verilir ki, festivalda muxtar respublikanın müxtəlif bölgələrində arıçılıqla məşğul olan ailə təsərrüfatları, sahibkarlar arıçılıq məhsulları ilə iştirak edirlər. “Ən yaxşı arıçılıq məhsulları-bal” nominasiyası üzrə müsabiqə təşkil olunacaq, çeşid müxtəlifliyi və keyfiyyət göstəricisinə I, II və III yerlərin qalibləri seçiləcək.

Festival zamanı Naxçıvan Muxtar Respublikasında bu sahənin tarixi, son illər arıçılığın inkişafı ilə bağlı geniş məlumat veriləcək. Musiqi kollektivləri tərəfindən konsert proqramı təqdim ediləcək. İki gün davam edəcək tədbirə qatılacaq yerli sakinlər və qonaqlar üçün əl işlərinin sərgi-satışı da nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə