Eldəniz Səlimov: "Əgər BMT ikili standartlara uyğun qətnamə çıxartmasa..."

Eldəniz Səlimov: "Əgər BMT ikili standartlara uyğun qətnamə çıxartmasa..."

"Terrorizm və buna uyğun cinayətkar fəaliyyətlər beynalxalq sülhə təhlükəsizliyə maneələr yaradır". Bunu SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədər bir sıra beynalxalq təşkilatlar qərar və qətnamələr qəbul etmələrinə baxmayaraq bu gün də münaqişə öz həllini tapmamışdır: "Dəfələrlə ölkə rəhbərliyi səviyyəsində xarici işlər nazirliyi səviyyəsində BMT-nin Təhlükəsizlik Şurasının sessiyalarında Dağlıq Qarabaq münaqişəsi ilə əlaqədar məsələ qaldırılmasına baxmayaraq münaqişə yenə də həllini tapmamışdır. Münaqişə həll olunmursa, onda belə münaqişələrin digər yerlərdə yaranmasına şərait yaradılır. Azərbaycan regional təhlükəsizliyin sabitliyin möhkəmləndirilməsi sahəsində üzərinə düşən vacib məsələləri həll edir. Ölkəmizin beynəlxalq nüfuzu artdıqca ona dəstək olan dövlətlərin sayıda artmaqdadır. Qardaş Türkiyə dövləti bütün beynəlxalq tədbirlərdə Azərbaycanın yanında olmaqla münaqişənin həlli üçün var gücü ilə çalışır. Türkiyə prezidentinin Dağliq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT-nin iclasında Azərbaycanı müdafiyyə etməsi münaqişənin sülh yolu ilə tezliklə həll olunması ilə bağlı bəyanatı gələcəkdə Dağlıq Qarabağla bağlı qəbul ediləcək qətnaməyə təsir edə bilər, əgər təşkilat ikili standartlara uyğun qətnamə çıxartmasa. Nəzərə alsaq ki, terrorçuları müdafiə edən və onları ideyalaşdıran qüvvələr mövcuddur bunlara dəstək verənlər vardır. Biz inanırıq ki, BMT-də sağlam qüvvələr bu məsələdə prinsipiallıq göstərəcəklər".

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə