Son zamanlar bəzi üzdəniraq qüvvələr ölkəmizdə sosial şəbəkələrin imkanlarından hər bir vətəndaşın maneəsiz istfadəsi üçün yaradılmış münbit şəraitdən məqsədli istifadə edərək, başıpozuq fəaliyyətlə məşğuldurlar. Bu kimi hallar xalqımız tərəfindən birmənalı olaraq rədd edilir. Çünki həmin qüvvələr tərəfindən danışdırılanların cəmiyyət arasında heç bir nüfuzu yoxdur və xalq qarşısında heç bir xidmətləri olmamışdır. “Bu fəaliyyətləri” də onların düşmənin dəyirmanına su tökmək anlamına gəlir. Bu gün xalqımızla bərabər dünya ölkələri də birmənalı olaraq Azərbaycanda Yeni Azərbaycan Partiyasının yeganə güc olduğunu qəbul edir və xalqımız bu partiyanın ideyalarını həyata keçirmək üçün səfərbərdir.
Qurucusu və memarı Ulu Öndərimiz Heydər Əliyev olan müstəqil Respublikamız Prezident İlham Əliyevin və onun ən yaxın silahdaşı və köməkçisi olan xanımı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səmərəli fəaliyyəti sayəsində günü-gündən inkişaf edib, çiçəklənir. Ölkədə həyata keçirilən uğurlu layihələrin məntiqi davamı olaraq rayonumuzda da Yeni Azərbaycan Partiyasının avanqard qüvvələrindən olan Masallı rayon Təşkilatının üzvlərinin fəaliyyəti sayəsində abadlıq-quruculuq işləri vusət almışdır. Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun rəhbərliyi altında ölkə başçısının müvafiq tapşırıqlarına uyğun olaraq məqdəsyönlü işlər həyata keçirilir ki, bu işlərdə də əsas aparıcı qüvvə YAP rayon Təşkilatının üzvləridir.
Xalqın dəstəyinə söykənən uğurlu fəaliyyəti sayəsində yeni iş yerləri açılır, əhalinin rifah halının yaxşılaşdırılması üçün silsilə tədbirlər həyata keçirilir. Ölkə iqtidarının bu fəaliyyəti yerlərdə vətəndaşlar tərəfindən rəğbətlə qarşılanır. Olduğumuz bütün tədbirlərdə, görüşlərdə, toy-yas mərasimlərində iqtidarın fəaliyyətinin vətəndaşlar tərəfindən necə rəğbətlə qarşılandığının daimi şahidi oluruq. Hamımıza məlumdur ki, Respublikamızın bütün regionlarında infrastruktur yenilənir, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaların bütün sahələrində ən müasir avadanlıqlar tətbiq edilir, yeni-yeni müasir xidmət sahələri əhalinin istifadəsinə verilir. Bunun bariz nümunəsi Bakı şəhərində yeni istifadəyə verilmiş və açılşında Prezident İlham Əliyev və I vitse-prezident Mehriban xanım Əliyevanın iştirak etdiyi “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini göstərmək olar.
Ölkəmiz sürətlə inkişaf edir, bu inkişaf xalq təsərrüfatının bütün sahələrində hiss olunmaqdadır. Ölkəmizin digər regionlarında olduğu kim bizim rayondada əmin-amanlıqdır. Bu inkişaf və tərəqqiyə nankorçasına qısqanclıqla yanaşan üzdəniraq qüvvələr müharibə şəraitində düşmən qoşunlarına qarşı mübarizədə olan bir ölkə başçısının ətrafında sıx birləşmək əvəzinə, gedib düşmənlərimizin havadarlarının verdiyi yal hesabına dövlətimizə qarşı düşmən cəbhəsindən vuruşarlar. Belə ünsürlərə aramızda yer yoxdur. Xalqımız öz rəhbərini sevir, onun daxili və xarici siyasətini dəstəkləyir və hər an onun yanında olduqlarını birmənalı şəkildə bəyənirlər. Ayrı-ayrı vətəndaşlar öz dövlətinə, rəhbərinə və xalqına sədaqət və sevgisini nümayiş etdirmək üçün öz şəxsi vəsaitləri hesabına dövlətə dəstək olub ağaclar əkirlər, parklar salırlar, bulaqlar tikirlər. Budur insanlıq, budur vətənpərvərlik. Yoxsa heç bir xidmətin olmadan, rabitəsiz, məntiqsiz iddialı çıxışlarla cəmiyyətdə çaşqınlıq yaratmaq. Buna nə ad vermək olar? Mən Yeni Azərbaycan Partiyasının veteran üzvüyəm. 30 ilə yaxındır rayonda Poçt Rabitəsi sahəsində çalışıram. Xidmət sahəsi olaraq hər gün əməkdaşlarımız yüzlərlə vətəndaşlarla təmasda olur. İşlədiyim bu dövr ərzində heç vaxt vətəndaşların öz rəhbərini bu qədər sevdiyini və ona bu cür sədaqətli olub güvəndiyini görməmişəm. İnsanlar hər hansı bir problemləri ilə əlaqədar bizim xidmət vasitəsi ilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göndərdikləri məktub və ya teleqramları elə inamla göndərilər ki, sanki onların arxasında ən əziz insanları durub. Bax xalq sevgisi, xalqın öz rəhbərinə inamı və rəğbəti budur. Var olsun Azərbaycan Respubblikasının Ali Baş Komandanı, Partiyamızın Sədri, Prezidentimiz İlham Əliyev!
Səfalı Paşayev,
YAP Masallı rayon təşkilatının sədr müavini, “Tərəqqi” medallı mühəndis
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB