Ankarada Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunan anım mərasimi keçirilib

Ankarada Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunan anım mərasimi keçirilib

Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən Xocalı Soyqırımının 19-cu ildönümü münasibətilə təşkil olunmuş silsilə xatirə tədbirləri çərçivəsində Ankara Şəhərinin Etimesgut bələdiyyəsi ilə birlikdə anma gecəsi keçirilib. Səfirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə professor Cəmil Həsənli, Xocalı Soyqırımı ilə əlaqədar çox saylı tədbirlərdə iştirak etmək məqsədilə Türkiyədə səfərdə olan DAK nümayəndələri, Türkiyənin millət vəkilləri, Türkiyənin müxtəlif fikir quruluşlarının nümayəndələri, diaspor nümayəndələri, tələbələr, Ankara şəhər ictimaiyyətinin nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər.

 

Konfransda Etimesgut bələdiyyəsinin başçısı Ənvər Dəmirəl, səfir Faiq Bağırov, TRT Radiosunun Azərbaycan redaksiyasının rəhbəri Seyfəddin Altaylı, "Xocalıya Ədalət" kampaniyasının Türkiyə koordinatoru xanım Gözde Kılıç, millət vəkili Sabir Rüstəmxanlı, professor Cəmil Həsənli və professor Ümid Özdağ çıxış edərək Xocalı faciəsinin dəhşətini tədbir iştirakçılarına bir daha hiss etdiriblər.

 

Tədbirdə Dağlıq Qarabağ probleminin tarixindən və Xocalı faciəsinin dəhşətindən bəhs edən sənədli film nümayiş etdirilib. Konfrans zamanı "Xocalıya Ədalət" kampaniyası çərçivəsində tədbir iştirakçılarından imza toplanıb və Xocalı Soyqırımını anladan rəsmlərdən ibarət sərgi təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə