Reketliklə məşğul olan qəzet baş redaktoru həbs edilib

Reketliklə məşğul olan qəzet baş redaktoru həbs edilib
Reketliklə məşğul olan qəzet baş redaktoru həbs edilib. SİA Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, "Yeni Hakimiyyət" qəzetinin təsisçisi və baş redaktoru Vüqar Xəlilov və Abşeron rayon sakini Anar Quliyev Sumqayıt sakinini hədələyərək, ondan pul tələb edib. Onlar Salam Abdullayevi barəsində rüsvayedici məlumatlar yaymaqla hədələyərək 2000 manat pul tələb edib.

 

Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçkirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəxs tutulub. Qeyd edək ki, "Yeni hakimiyyət" qəzetinin fəaliyyəti 1 il əvvəl dayandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə