YAP Səbail rayon gənclər birliyinin idarə heyətinin iclası keçirilib
Bu gün YAP Səbail rayon gənclər birliyinin idarə heyətinin iclası keçirilib. İclasda Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev çıxış edərək, ölkəmizdə və yaxın coğrafiyada gedən ictimai-siyasi proseslərdə gənclərin rolu və yeri, onların ictimai fəallığının daha da artırılması, xüsusən, müasir dünyada gedən informasiya mübarizəsinin müxtəlif formalarından, ilk növbədə, sosial şəbəkələrin imkanlarından geniş, səmərəli istifadə edilməsi və digər məsələlər müzakirə olunaraq, qarşıda duran vəzifələrlə əlaqədar müvafiq tövsiyələr veriib.
Gənclərin müstəqil dövlətçiliyimizin qorunması və qüdrətlənməsində müstəsna rolu haqqında danışan Ş.Hacıyev onu da bildirib ki, sürətlə inkişaf edən və torpaqlarının 20%-inin işğal altında olmasına baxmayaraq iqtisadi, hərbi gücü ildən-ilə artan Azərbaycanın öz təbii sərvətlərinin sahibi olması və müstəqil siyasət yürütməsi bəzi xarici qüvvələri son dərəcə narahat edir: "Bu bölgədə Türkiyədən sonra ikinci türk dövlətinin söz sahibinə çevrilməsini istəməyən müəyyən güclər ölkəmizə, müstəqil dövlətçiliyimizə qarşı müxtəlif vasitələrlə çirkin qarayaxma və nüfuzdan salma kampaniyaları həyata keçirirlər. Hər bir azərbaycanlı, milli ruhla yaşayan hər bur vətəndaş ölkəmizdə bu gün mövcud olan sabitliyi, əmin-amanlığı, firavanlığı, ilk növbədə, özü və ailəsi üçün göz bəbəyi kimi qorumalıdır. Gənclər xatırlamasa da, orta nəslin nümayəndələri indi sosial şəbəkələrdə müxtəlif pafoslu çıxışlar edən AXC-Müsavat cütlüyü nümayəndələrinin hakimiyyətdə olduğu biabırçı bir neçə il ərzində cəmiyyət həyatının bütün sahələrində yaranan dərin böhranı, torpaqlarımızın itirilməsi ilə nəticələnən müharibə şəraitini, ölkədə hökm sürən hərc-mərcliyi, özbaşınalığı xatırlayır. Bu səbəblədir ki, özlərinə müxalifət deyən qaragüruhçuların cəmiyyətdə heç bir sosial bazası, elektoratı yoxdur və onlar, sadəcə, virtual məkanda, ilk növbədə, gənclərin hədəf alındığı və xaricdən sifariş olunan, maliyyələşən mənəvi terrorla məşğuldurlar".
Ş.Hacıyev Azərbaycanda son illər bütün sosial-iqtisadi göstəricilər üzrə əldə olunan uğurlar, əhalinin rifahının, həyat şəraitinin yaxşılaşdırılmasına istiqamətlənən sosial paket çərçivəsində reallaşdırılan islahatlar, nəinki mərkəz Bakıda, eləcə də, Bakıətrafı kəndlərdə, bütün regionlarda, gedən genişmiqyaslı abadlıq-quruculuq, tikinti və infrasturktur yenilənmə işləri haqqında ətraflı məlumat verərək, bütün bu görülən işlərdə Yeni Azərbaycan Partiyasının rolunu xüsusi qeyd edib: "Gənclər üçün ölkəmizdə yaradılmış şərait, dövlət səviyyəsində Azərbaycan gənclərinə göstərilən diqqət və qayğı, xaricdə təhsil və təqaüd imkanları haqqında danışan deputat gənclərə bütün bu imkanlardan səmərəli istifadə etməyi, Vətənə, dövlətə, cəmiyyətə yararlı vətəndaşlar və mütəxəssislər kimi formalaşmalı və milli-mənəvi dəyərlərimizi qorumalıdır. Yeni Azərbaycan Partiyası istedadlı, savadlı gəncləri hər zaman dəstəkləmişdir və gələcəkdə təşəbbüskar gənclərimizi maraqlı layihələr gözləyir".
R.KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB