AXCP-"Milli Şura" əcinələr yuvası

AXCP-"Milli Şura" əcinələr yuvası

Mitinq keçirmək istəyi altında siyasi xaos niyyəti

Bu gün artıq siyasi meydanda tamamilə silinən və üzütüpürcəkli olan mitinq keçirmək istəyi altında siyasi xaos yaratmaq niyyətli əcinələr yuvası olan AXCP-"Milli Şura" sentyabrın 28-də bələdiyyə seçkiləri ərəfəsi yenə ucuz şou, yenə artistlik, yenə də naxələflik edərək, mitinq keçirməklə, ölkədə qarmaqarışıq yaratmaq istədilər. Qozbeli qəbir düzəldər, əxlaqsız və mənəviyyatsız Ə.Kərimli ilə C.Həsənlini heç qəbir də düzəltməz.

Bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev "SƏS" qəzetinə açıqlamasında bildirib: "Nə qədər abırsız, həyasızdır, bu Ə.Kərimli. Dünən ətrafında olanların ailədaxili işlərinə qarışır, bu gün mitinq çağırışı edir: "Xəyanətkarlıq faktlarının sayı-hesabı olmayan bu əxlaqsız gəda əsl siyasi fahişədir. Hətta iddia edirəm və sübut etməyə də hazıram ki, bunların adamları qonşu ölkədə gizli danışıqlar apararaq, ölkəmizdə sabitliyi pozmağa yönəlmiş planlar düzməklə məşğuldur. Hər zaman demişəm, Ə.Kərimli stabil insan deyil, belə adamlara heç nədə etibar etmək olmaz. Elə bu günlərdə istefa verən müavini F.Qəhrəmanlının qadına zorakılıqda törətdiyi cinayətə dəstək olmaqla, bir daha Ə.Kərimli daha qatı cinayətkar olduğunu sübut etdi".

H.Hacıyev onu da vurğlayıb ki, Ə.Kərimli kimi siyasi fahişəliklə məşğul olduğunu dəfələrlə sübut edib: "Bu, o Ə.Kərimlidir ki, kim çox pul verərsə, həmin dairələrin qucaqlarına atılır. Özü də, məmnuniyyətlə. Qərb verəndə Qərbin, Şərq verəndə Şərqin, Şimal da verəndə, Şimalın qucağında özünü rahatlayır. Yəni bu əxlaqsıza siyasətdə siyasi fahişə, siyasi pozğun deyirlər. Və bu gün mitinq keçirmək istəyi altında ölkədə siyasi xaos yararlmaq istəyir".

Yalanlardan zəfər çələngi hazırlamaq...

Və bu gün cəmiyyətin nifrətini qazanan Ə.Kərimlinin cəmiyyəti arxasınca aparmaq iddiasına düşməsi, bax budur, əxlaqsızlıq, həyasızlıq. Nə hansısa qabiliyyətli bir mitinq iştirakçısı,

nə hansısa müstəqil kütləvi tədbir seyrcisi iddia edə bilməz ki, bu qüvvələrin mitinqlərində hər zaman səmimiyyət olub. Səmimiyyət olmayıb. Çünki hər mitinq bir naməlum, bədxah niyyətli xarici çevrənin sifarişi, ya da hansısa ictimai-siyasi fəalın həbs olunmasından mənfəət xarakterli səbəblə reallaşdırılıb. Cəmiyyət özünü müxalifət çağıran qüvvələri əsl gerçəklik necədirsə, elə o cür tanıyır. Cəmiyyət bilir ki, Ə.Kərimli sosial bazasını itirib, illərdir, tükənə-tükənə gedir, dolğun, mükəmməl idarəçilik proqraması yoxdur və cinayətkarlar yuvası olan AXCP-"Milli Şura"da daim konfliktlər yaşanıb. Ə.Kərimlinin son mitinqdəki irəli çıxmaq, "liderliyi" ələ almağa yenidən cəhd göstərmək arzusu o qədər qabarıq oldu ki, bu, yaxın zamanlarda müxalifəti qarşılıqlı ittihamlar müstəvisinə mütləq çəkəcək. 24 ildir, belə deyilmi?

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə